İctimaiyyət

Aleksandr Lapşin 3 il müddətinə azadlıqdan məhrum edilib

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin məhkəmə iclası başa çatıb.Bloger 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə məhkəmə hökmü ilə A.Lapşinin ittiham olunduğu Cinayət Məcəlləsinin 281.2 (ölkəyə yönələn açıq çağırışlar etmə) və 318.2 (sərhədi qanunsuz keçmək) maddə üzrə irəli sürülən ittihama xitam verilib. Hakim bildirib ki, həmin maddə üzrə ittiham məhkəmə zamanı təsdiqini tapmayıb.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Lapshin-in vəkili Eduard Chernin AzadlıqRadiosuna bildirib ki, apellyasiya şikayəti verib-verməmək məsələsi Lapshin-lə görüşdən sonra müəyyənləşəcək.

Daha çox göstər
Back to top button