İctimaiyyət

Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 5 qərar çıxardı

İyulun 20-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 5 qərar çıxarıb.

Məlumatı vəkil Əsabəli Mustafayev “Facebook” səhifəsində paylaşıb.

Vəkilin sözlərinə görə, bu qərarlarla ərizəçilərin qanunsuz həbs olunması, onların ədalətli araşdırma və sərbəst toplaşma hüquqlarının pozuntusu tanınıb.

 Həmin ərizəçilər bunlardır:

–  Turqut Qəmbər (iki iş), mənəvi zərərə görə 10000 avro və maddi zərərə görə 2860 avro (bir işdə 3000 manat cərimə olunub);

–  Dəyanət Babayev (iki iş)10000 avro; 

–  Ülvü Həsənov 10000 avro; 

–  Şahin Mirzəyev 8000 avro.

Bu işlər üçün ümumilikdə hüquqi yardıma görə 2450 avro.

Vəkil deyib ki, məhkəmə İlkin Rüstəmzadənin işi üzrə də qərarını elan edib. Hazırda həbsdə olan İlkin Rüstəmzadəyə vurulan mənəvi zərərə görə 6000 avro, hüquqi yardıma görə 2000 avro ödənilməsi haqda qərar çıxarılıb.

Daha çox göstər
Back to top button