Davit Babayan: Artsaxı güclü prezident sistemi ilə islahat olunmuş dövlətdir

İyulun 19-da Artsax Respublikası Parlamenti qapalı və gizli səsvermə ilə Bako Sahakyanı ölkə başçısı seçib. Parlamentin səsverməsi və yeni prezident seçikilərindən əvvəl Artsaxda baş verən hadisələr haqda Tert.am Artsax Prezidentinin mətbuat katibi Davit Babayanla danışıb.
“Cənab Babayan, Artsax Respublikasında Parlament ikinci dəfədir ki, qapalı və gizli səsverməsi ilə prezidenti seçir. Əgər müqayisə etsək seçkilər necə keçib?”
“Artsax yenidən keçid mərhələyə girib, lakin daha güclü prezident sistemi ilə və bu ayrı və zəruri bir prosesdir. Yeni Konstitusiyaya görə, Parlament 3 illə prezidenti seçməlidir. Sonra isə, ümummilli seçkiləri olacaq. Seçkilər normal keçib və bu ümummilli referendum sayəsində qəbul edilmiş yeni Konstitusiyanın davamıdır. Konstitusiya referendumun açıq və şəffaf keçdiyini beynəlxalq müşahidəçilər də təsdiq ediblər.”
“Keçid mərhələsində nə məqsədlər vardır? Nə dəyişəcək? Üç il sonra Artsaxda nə olacaq?”
“Artsax yeni Konstitusiyasına uyğun idarə sistemi ilə bir dövlət olacaq. İslahatların məqsədi idarə sistemini daha efektiv edəcək. Ümid edirik ki, yerli idarəetmə orqanlarının fəaliyyətinə yeni keyfiyyət veriləcək. Qanunvericilik və icra orqanları arasıpnda xüsusi əlaqələr qurulacaq. Məhkəmə sistemi daha şəffaf olacaq və daha efektiv olacaq.”