Gürcüstanda məmurlar işdən kənarlaşdırıldı – Əfqan Muxtarlıya görə

Bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrishvili iyulun 20-də Əfqan Muxtarlının işi üzrə istintaqa dair keçirdiyi brifinqdə məlumat verib. Nazir bildirib ki, sözgüdən işlə bağlı Daxili İşlər nazirliyi Təhlükəsizlik nazirliyi ilə birlikdə araşdırma aparıb.
«İctimaiyyətdə istintaqın obyektivliyi ilə bağlı hər hansı tərəddüd olmamalıdır. Ona görə də Təhlükəsizlik nazirliyi ilə birgə belə qərara gəldik ki, sərhəd xidmətinə və əks-kəşfiyyata cavabdeh olan şəxsləri istintaq gedən müddətdə işdən uzaqlaşdıraq. Biz əməkdaşlarımızın bu işdə iştirakının olmadığına əminik, amma istintaq hər hansı versiyanı istisna edə bilməz. İstənilən halda müəmmalı şəkildə sərhəd qaydaları pozulub, ona görə də belə bir qərar qəbul olundu. Həmin məmurların müvəqqəti uzaqlaşdırılması bu işdə əsassız yozumlara yol açılmaması üçün çox mühüm addımdır».