Siyasət

İran Parlamenti Ermənistan və İİR arasında Norduz-Meğri sərhəd keçidinin birgə tətbiqi haqda sazişi təsdiq edib

İİR Parlamenti iyulun 19-da keçirilmiş plenum iclasda Ermənistan və İİR vətəndaşları üçün Norduz-Meğri sərhəd keçidinin birgə tətbiqi haqda sazişi təsdiq edib. Bu barədə “MEHR” xəbər agentliyi məlumat yayıb.

Qanunun səsvərməsində 203 deputat iştirak edib. Onlardan 145-i yana, 3-ü qarşı səs verib.

Bundan başqa İİR Parlamentinin şimali İran ermınilərinin deputatı doktor Karen Xanlaryan “Alik” jurnalına verən müsahibədə İİR Parlamentində qəbul edilmiş bir digər önəmli “İran-Ermənistan əməkdaşlığın strateji qanun layihəsi”-nin təsdiq olunması haqda məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi İİR Parlamentində böyük əksəriyyətlə qəbul olunub. Erməni deputat qeyd edir ki, beləliklə sadəcə Ermənistan-İran deyil, Ermənistanla AİB-ə üzv ölkələrlə ticarətin genişlənməsinə də təkan veriləcək.

 

Daha çox göstər
Back to top button