Ekonomika

ER-nın İrandakı səfiri Ermənistan-İran biznes əlaqələrinin inkişafına dair məsələləri müzakirə edib

ER-nın İİR-dəki səfiri Artaşes Tumanyan İranın Gülüstan əyalətinə getdi. Orada qubernator Hasan Sadeğlu, iqtisadiyyat və təbii ehtiyatları üzrə Qubernator Köməkçisi Mahmut Rabi, əlayətinin inzibati mərkəzi Qorqanın Bələdiyyə Başçısı Hoseyn Sadeğlu və digər bir neçə rəsmilər ilə görüşüb.

Qorqan Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasında Artaşes Tumanyan biznes dairələrinin dövlət nümayəndələri ilə görüşərək Ermənistan iqtisadiyyatının xüsusiyyətlərini, cari ticarət rejimlərini, biznes mühitinin vəziyyətini, erməni və iranlı biznesmenləri və Ermənistan-İran əlaqələrinə dair bir neçə məsələləri təqdim edib.

İranlı biznesmenlərə Ermənistanda biznes və investisiya mühiti, azad iqtisadi zonaları, xarici investisiyaların müdafiəsi və təşviqi, vergi və bank sistemi, nəqliyyat, enerji və digər infrastrukturların inkişafı, o cümlədən hökumətin elan etdiyi iqtisadiyyatın prioritet sahələri haqda məlumat verilib. Ermənistan Milli Aqrar Universiteti və Qorqan şəhərinin kənd təsərrüfatı və təbii sərvətlər institutu arasında əməkdaşlıq imkanları da müzakirə olunub.

Erməni və İran tərəfləri kənd təsərrüfatı məhsullarının, turizm, İT, dərman və əczaçılıq istehsal sahələrində olan əməkdaşlığın böyük potensiyalına dair həmfikirdilər.

Daha çox göstər
Back to top button