Siyasət

Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Gürcüstanın Xarici İşlər Naziri əməkdaşlığını gücləndirirlər

Ermənistanın Milli Təhlükəsizlik Xidməti və  Gürcüstanın Xarici İşlər Naziri əməkdaşlığını gücləndirirlər .

Gürcüstanın Xarici İşlər Nazirliyinin Sərhəd Polis İdarəsinin  sədri, general-mayor Dato Nikoleişvili Yerevanda rəsmi səfərdədir. Bu haqda Gürcüstanın “PresTime” informasiya agentliyi bildirib.

“Səfər çərçivəsində Nikoleişvili Ermənistan Respubliaksının MTX-nin Sərhəd Qoşunlarının komandiri, general-mayor  Armen Abrahamyan, Ermənistan Respublikasının MTX-nin Sərhəd Qoşunlarının komandirin birinci müavini, Baş qərargah Başçısı, polkovnik  Valeri Artalyan və Ermənistan Respublikasının MXT-nin Sərhəd Qoşunları  komandirinin müşaviri, xarici əlaqələr şöbəsinin sədri  Arthur Nalbandyan ilə görüşüb”- deyə informasiya agentliyi yazıb.

Görüş zamanı Nikoleşvili Sərhəd Polis İdarəsində son illərdə həyata keçirilmiş islahatlareı təqdim etdi. Erməni tərəfi də öz strukturunun fəaliyyətlərini təqdim etdi.

Tərəflər “Gürcüstan Xarici İşlər Nazirliyinin Sərhəd Polis İdarəsi və Ermənistan Respublikasının MTX-nin Sərhəd Qoşunları arasında tədbirlərin keçirlməsi” üzrə saziş imzalayıblar.

Daha çox göstər
Back to top button