Nalbanydyan ABŞ xarici ticarət üzrə yüksək rütbəli nümayəndə heyətini qəbul etdi

Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan iyulun 21-də ABŞ Ticarət Komissarı Den Mulaninin başçılıq etdiyi yüksək rütbəli nümayəndə heyətini qəbul eti.
Bu haqda Ermənistan Respublikasının Xarici işlər Nazirliyinin mətbuat, informasiya və ictimaiyyətlə əlaqədər şöbəsindən məlumat verilib.
Nazir Nalbandyan qonaqlarını salamlayaraq, məmnunluqla qeyd etdi ki, 25-ci il öncə əldə olunmuş Ermənistan-ABŞ dövlətlərarası əlaqələri yüksək səviyyədədir. Nazir əminliklə qeyd etdi ki, birgə səylərlə bu münasibətlərə yeni təkan veriləcək.
ABŞ Ticarət üzrə Komissarı qəbul üçün təşəkkür edərək,vurğulayıb ki, ABŞ Ermənistan ilə çoxtərəfli əməkdaşlığın inkişafına və iqtisadi-ticarət əlaqələrinin dərinləşdirlməsinə əhəmiyyət verir.
Tərəflər 2015-ci ildə Vaşingtonda keçirilmiş görüşü və Ermənistan Respublikasının Prezidentinin iştirakı ilə Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları arasında ticarət və investisiya çərçivə sazişinin imzalanmasını sevərək xatırlayıb.
Edvard Nalbandyan və Den Mulani Ermənistan-ABŞ parlamentlararası komissiyasının işləri ilə bağlı məsələlər müzakirə ediblər. Onlar Ticarət və investisiya üzrə Ermənistan-ABŞ şurasının ikinci iclası ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar iqtisadi ticarət sektorundan hüquqi bazanın gücləndirilməsiniə əhəmiyyət verib.
Tərəflər texnologiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə də toxunublar.