İctimaiyyət
Azərbaycanlılar və türklər ən az müsbət emosiyalar alırlar: Gallup

Galup dünyanın 142 ölkəsində həssaslıq səviyyəsini araşdırdı. Rəy sorğusunda iştirakçılara son gün ərzində 5 müsbət və 5 mənfi emosiya olup olmamasını soruşdular.
Gallup-un keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Azərbaycan, Gürcüstan, Belarus, Latviya və Ukrayna əhalisi ən az müsbət emosiya alan ölkələr sırasındadırlar. Araşdırmaya görə, ən az müsbət emosiya Türkiyə və Yemendə alırlar.
Ən çox müsbət emosiya Latın Amerikası ölkələrinin sakinləri alır. Sevincin dünya liderləri isə, Paraqvay, Kosta Rika və Panamadır.