Ermənistan və Koreya elm və təhsil sahəsində əməkdaşlığını inkişaf etdirilər

Ermənistan Respublikasının təhsil naziri Levon Mkrtçyan Koreyanın Ceolabuk-do ştatının rəhbəri Song Ha-Cinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Levon Mkrtçyan elm və təhsil sahəsində Ermənistan-Koreya münasibətlərinin inkişafına yönəlmiş əməli addımlara əhəmiyyət verib.
Ermənistanın təhsil sistemində həyata keçirilmiş islahatları təqdim edərək, naziri vurğulayıb ki, bunlar təhsilin bütün səviyyələrində təhsil keyfiyyətinin artırılmasına, eləcə də elm-təhsil, təhsil- əmək münasibətləri arasında mümkün olan optimal modelin yaradılmasına yönəlmişdir.
Təhsil naziri elm sahəsində, xüsusən informasiya və nanotexnologiya sektorlarında əməkdaşlığına da əhəmiyyət verib. Song Ha-Cin qeyd etdi ki, onlar Ermənistanın elm və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsinə, yeni proqramların tətbiqinə maraq göstərirlər.
Ceolabuk-doyun qubernatoru onun rəbərlik etdiyi ştatda elm və təhsil sahələrində əməkdaşlığın mümkün istiqamətlərini təqdim etdi.
Görüş zamanı tərəflər həyata keçirilən “Məktəb qidası” proqramına, Tumo mərkəzinə də toxunublar. Qeyd edilmiş ki, Ermənistanın müxtəlif rayonlarında Tumo mərkəzinin genişləndirməsinə dair planları var.
Görüş zamanı təhsil ilə bağlı müxtəlif məsələlər də müzakiə edilib.