İctimaiyyət

Azərbaycan tərəfi Barekamavanı atəşə tutub

İyulun 21-də saat 23:00-dan 01:00-dək Azərbaycan tərəfi Tavuş rayonunun Barekamavan kəndi istiqamətində atəş açıb. Bu barədə Panorama.am Barekamavan kəndinin muxtarı Conik Mikayelyan ın sözlərinə istinadən məlumat yayıb.

“Zərərçəkmiş yoxdur”,-deyə o bildirib.

Conik Mikayelyan deyib ki, son il ərzində kənd istiqamətində ilk dəfə bu cür atəş açıblar.

“Keçmişdə də çox olub, lakin son il ərzində kənd istiqamətində atəş açılmayıb, mövqələrimizə qarşı siə hər gün atəş açılır”,-deyə muxtar qeyd edib.

O həmçinin bildirib ki, kənddə həyat normal davam edir və hər kəs öz işi ilə məşğuldur. “Biz qorxaq deyilik”.

Daha çox göstər
Back to top button