İctimaiyyət
Cəbhəçilər Bakıda etiraz aksiyası keçirtdilər
Bu gün Xalq Cəbhəsinin bir qrup gənc üzvü Ədliyyə Nazirliyinin qarşınıda etiraz aksiyası keçirib. Etiraz aksiyası partiyanın sədr müavini Gözəl Bayramlıya həbsxanada işgəncə verilməsi və işgənccəyə bənzər davranışa görə keçirilib. Məlumdur ki, uydurma ittihamlarla həbs edilən Gözəl Bayramlıya saxlandığı təcridxanada zəruri dərman preparatları verilmir və bu da onun səhhəti üçün ciddi təhlükə yaradır. Gözəl Bayramlıya dərmanların verilməməsi ilə bağlı məsələ artıq bir aydan çoxdur ki, həm vəkillərin vəsatətlərində, həm də ictimai müzakirələrdə təsbit edilib. Cəbhəçi gənclər də buna görə aksiya keçiriblər. Aksiyaya polis müdaxiləsi olub. İki nəfər saxlanılıb və bir müddət sonra sərbəst buraxılıblar.