Ekonomika

Ermənistan və Çin arasında ticarət dövriyyəsi 28.4% artıb

ER Milli Statistika Xidmətinin məlumatlarına görə, cari il yanvar-may aylarında Ermənistan və Çin arasında xarici ticarət dövriyyəsi 194.88 milyon dollar təşkil edib. Keçən il ilə müqayisədə 28.4% artım olub.

Milli Statistika Xidməti bildirir ki, qeyd olunmuş aylarda Ermənistan xarici ticarətinin ümumi həcmində Çinin payı 8.5% idi. Bu göstəricilərə görə, Rusyadan sonra Çin ikincidir. Rusyanın payı 26.5% idi.

Statistikaya görə, Ermənistandan Çinə təxminən 39.61 milyon dollarlıq mal ixrac ediib, hansı ki 2016-cı il yanvar-may ayları ilə müqayisədə 19.5% artıb. Çindən Ermənistana edilən idxal isə, 155.26 milyon dollar təşkil edərək 30.9% artım təmin edib.

Ermənistanın ixrac strukturunda Çinin payı 4.9%, idxal strukturunda isə, 10.5% təşkil edib.

Daha çox göstər
Back to top button