İctimaiyyət

Faiq Əmirliyə hökm oxundu

O, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib,

İyulun 24-də Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin məhkəməsi olub. İclasda hökm oxunub.

Faiq Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Əlavə olaraq 39 min manat cərimə edilib.

Ötən məhkkəmə iclasında prokuror Faiq Əmirliyə 4 il 6 ay həbs istəmişdi.

F. Əmirli 2016-cı il avqustun 20-də saxlanıb. O, Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir.

F. Əmirli isə ittihamları saxta hesab edir.

Daha çox göstər
Back to top button