Erməni SoyqırımıMədəniyyət

Irandakı kinoteatrlarında Erməni Soyqırımına həsr olunmuş “Xilas xəritəsi” filmi nümayiş ediləcək

İranda iyulun 23-dən 29-a keçiriləcək erməni kino həftəsi çərçivəsində Erməni soyqırımı ərzində qadın misionerlərin fəaliyyətinə həsr olunmuş “Xilas xəritəsi” filmi nümayiş ediləcək.

İran Financial Tribune-nin məlümatına görə, Tehranda, Maşadda və Şirazda keçiriləcək erməni kino həftəsi ərzində 10 müasir erməni filmi nümayiş ediləcək. Tədbiri İranda Erməni səfirliyi və “İncəsənət və təcrübə” qrubu təşkil edib.

Həftə ərzində Aram Şahbazyanın “Moskviç, eşqim” və “Xilas xəritəsi” filmləri, Aram Vatyanın “Gil insanı” filmi nümayiş ediləcək.

“Xilas xəritəsi” Erməni soyqırımının 100-cü il dönümü münasibəti ilə çəkilmiş dramadır. Filmdə Erməni soyqırımının şahidi olmuş və erməni qadınlarını və uşaqlarını xilas etməyə cəhd edən 5 misioner qadının həyatı təqdim edilir.

Daha çox göstər
Back to top button