İctimaiyyət

Rüzgar Mövsüm: Azadlığım və həyatım təhlükədədir

”Hakimiyyət orqanları bu xəbərlə mənə mesaj verirlər”

Artıq bir neçə gündür ki, hökumətyönümlü saytlar müstəqil jurnalist Rüzgar Mövsümün Almaniyadan deportasiya olunması barədə məlumat yayır. Bildirilir ki, onun fəaliyyəti araşdırılır.

“Haqqın.az” saytı da Almaniya mediasına istinadən Rüzgar Mövsümün deportasiya edilməsindən yazıb.

Jurnalist Meydan TV-yə açıqlamasında deyib ki, bu xəbərin yayılması onu Azərbaycanda təhlükənin gözlədiyini göstərir:

“Bu xəbərin yayılması mənə bir daha sübut etdi ki, Azərbaycanda mənim azadlığım və həyatım təhlükədədir. Xüsusilə də 1 il ərzində olan yazılarıma görə hakimiyyəti qıcıqlandırmışam. Hakimiyyət orqanları bu xəbərlə mənə mesaj verirlər ki, etmədiklərini edəcəklər və yolumu gözləyirlər”.

Rüzgar Mövsüm ailəsi ilə birlikdə Almaniya hökumətindən sığınacaq istəyib. Lakin onun istəyi rədd edilib.

Meydan TV

Daha çox göstər
Back to top button