Siyasət

Azərbaycan tərəfinin açdığı atəş nəticəsində yaralanmış hərbçi9nin vəziyyəti hələ ağırdır

Azərbaycan tərəfindən açılmış atəş nəticəsində iyulun 7-də yaralanmış hərbi quluxçu Robert Qasparyan ER MN Mərkəzi Hərbi Xəstəxanasının reanimasiyasındadır. Onun vəziyyəti sabit ağırdır.

Bu barədə iyulun 25-də NEWS.am-ə müsahibədə Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi Kamavor Xaçatryan bildirib.

“Vəziyyət eynidir. Dəyişiklik yoxdur, lakin yaxşı ki, vəziyyət pisləşməyib, sabitdir”,-deyə o qeyd edib.

Eyni gündə yaralanmış Vahan Badalyan isə, artıq qənaətbəxş vəziyyətdədir.

Artsax Müdafiə Ordusunun yaydığı məlumata görə, iyulun 7-də səhərdən etibarən rəqib Artsax-Azərbaycan münaqişə qoşunlarının təmas xəttində atəşkəs rejimini pozaraq müxtəlif çaplı atıcı silahlardan və eləcə də D-30, D-44 tipli artilleriya silahı və qumbaraatanlardan istifadə edib.

Daha çox göstər
Back to top button