İctimaiyyət

Lapşinin ekstradisiyası hələ mümkünsüzdür: Vəkil

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin ekstradisiyası hazırda mümkünsüzdür. Məhkəmə qərarı hələ ki, qanuni qüvvəyə minməyib. Qərarına şikayət edib etməməsini də hələ bəlli deyil. Ria Novostinin məlumatına görə, bu barədə bloqqerin vəkili Eduard Çernin bildirib.

Vəkil qeyd edib ki, məhkəmə hökmü qüvvəyə minməyənə qədər bu mümkün deyil: “Lapşinin barəsindəki hökm qanuni qüvvəyə minməyib. Ona görə də, hələlik o, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Gələn həftə Lapşinlə görüşəcəyəm. Görüşdən sonra onun məhkəmənin hökmündən apellyasiya şikayəti verib-verməyəcəyi məlum olacaq. Hələlik Lapşin bu barədə qərar verməyib”.

Daha çox göstər
Back to top button