İctimaiyyət

ABŞ-nın yeni sanksiyaları Azərbaycana nəcə təsir edəcək

Əgər ABŞ-nın yeni sanksiyalar paketini ABŞ prezidenti tərəfindən təsdiqləyirsə, Azərbaycan birbaşa zərər çəkə bilər.

Bu haqda “Politik.am”-a müsahibəsində beynəlxalq hüquq eksperti Suren Sargsyan bildirib.

“ABŞ-nın sanksiyalar paketini olduqca genişdir.  Nümayəndələr Palatası artıq bunu qəbul etdi və Senata təqdim etdi. Bu müxtəlif sahələrə təsir edəcək. Yeni sanksiyalar “NASSA” -“Roskosmos” (Роскосмос) əlaqələri, Rusiyada investisiya imkanları, eləcə də Rusiya şirkətlərinin payları olan Avropaya gedən qaz kəmərləri ilə bağlı məsələlərə toxunacaq. Əgər bu sanksiyalar qüvvədə qalırsa, bu Rusiya üçün yenidən mürəkkəb vəziyyət yaradacaq.

“Əhəmiyyətlidir ki, əgər ABŞ prezidenti bu sanksiyaları təsdiqləyirsə, Azərbaycan da zərər çəkəcək. Yani əgər sanskiyalar Bakı-Tibilisi-Ərzurum layihəsi üzrə bəzi məhdudiyyətlər olursa, bu Azərbaycan iqtisadiyyatına təsir edəəck.  Bu layihə Bakı üçün enerji baxımından ən böyük layihələrindən biridir”- deyə o vurğulayıb.

Suren Sargsyan qeyd etdi ki, bu da səbəb oldu ki, Azərbaycan prezidenti İlham Əliyev öncə ABŞ dövlət katibi Reks Tilerson, sonra da Rusiya Federasiyası prezidenti Vladimir Putin ilə görüşlər təşkil etdi.

Sargsyan əmindir ki, görüşlər ərzində bu məsələlər hərtərəfli şəkildə  müzakirə edilib.

Daha çox göstər
Back to top button