İctimaiyyət

Azərbaycanda qəzet satışı çox zəifdir

Əvvəllərə baxanda qəzet-jurnal satışında çox böyük geriləmədən danışır Diləfruz xanım: “SSRİ-nin hər yerindən nəşrlər gəlirdi o vaxtlar. Abunə yazılanlardan da çox sifarişlər verilirdi. Sifarişi bir gün gecikəndə dava döyən adamlar da varıydı”.

Bu barədə 79 yaşlı Tovuz rayon sakini Diləfruz Məmmədova Azərbaycan KİV-ləri ilə danışdı.
“Hamı oxuyurdu. İndi amma qəzet satışı çox zəifdir. Yəqin ki, əhalinin maddi çətinliyi də buna təsir göstərir. Bir çoxları isə heç maraqlanmırlar mətbuatla. Çox vaxt tanıdığım adamlara qəzet almağı təklif edirəm, “ona 40 qəpik verdiyimə tum alıb çırtlayaram” deyirlər” — müsahibimiz bildirir.

Daha çox göstər
Back to top button