Ekonomika

Baş nazir və İsrayil Regional əməkdaşlıq inkişafı naziri iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Baş nazir Karen Karapetyan bu gün Ermənistanda rəsmi səfərdə olan İsrayil Dövlət  regional əməkdaşlığı naziri Tsaxi Haneqbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda ER hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlümat verirlər.

Nümayəndə heyətini ölkəmizdə alqışlayaraq, baş nazir Karapetyan qeyd edib ki, Ermənistan İsrayillə əməkdaşlığın inkişafı və xüsusilə iqtisadi münasibətlərinin aktivləşdirilməsi ilə maraqlanır.

Ermənistanla münasibətlərin dərinləşdirilməsinə İsrayilin hazır olmasını vurğulayaraq, Tsaxi Haneqbi qeyd etdi ki, səfərin məqsədi Ermənistandakı əməkdaşları ilə müzakirələr nəticəsində iqtisadi, informasiya texnologiyaları, turizm, ticarət, kənd təsərüfatı sahələrində iki tərəfi üçün məhsuldar olacaq əməkdaşlıq istiqamətlərinin tapılmasıdır.

Baş nazir ER hökumət planı ilə ölkəmizdə həyata keçirilən reformlara toxunaraq qeyd etdi ki, bunların əsas məqsədi bu sahələrdə məhsuldarlığın yüksəldilməsidir. Baş nazirin sözlərinə görə əcnəbi investorlar üçün Ermənistan maraqlı sahə ola bilər.

Tsaxi Haneqbi də razı olmasını bildirib ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi çox imkanları vardır və qeyd etdi ki, bunların həyata keçirilməsi üçün İsrayil hökuməti ER hökuməti ilə aktiv işləməyə hazırdır

Daha çox göstər
Back to top button