Ekonomika

Ermənistan elektrik enerjisi bazarı asanlaşdırılır

Ermənistanda bu ilin birinci yarımında enerji sahəsini demək olar ki bütün istiqamətlərində aktiv işlər görülüb. ER Enerji infrastrukturları və təbii ehtiyatlar nazirinin müavini Hayk harutyunyan qeyd etdi ki, ER elektrik enerji sisteminin elektrik  enerjisi bazarının asanlaşdırılması və dövlətlərarası ticarətin inkişaf tədbirləri üzrə planı hökumətə təqdim ediblər.

“Bu planla bazarın asanlaşdırılmış modelinə keçmək nəzərdə tutulur. Bunun məqsədi daxili bazarın daha məhsuldar olması və ixracatın təşvik edilməsidir”, -deyə Hayk Harutyunyan bəyan edib.

O məlümatlandırıb ki, “Ermənistan nüvə santralı” şirkətinin birinci enerji blokunun işlədilməsinin durdurulması haqqında qənun lahiyəsi hazırlanıb.

“Qeyd edəm ki, bu birinci blokdur ki, işlədilmir. İkinci enerji bloku üçün işlətmə dövrünün uzanması barədə qərar verilib. Biz iki planlı bərpa həyata keçirmişik. İkincisi bu ilin iyulunda başa çatıb. Hər şey qrafikə uyğun olaraq icra edilir”, -deyə Hayk Harutyunyan qeyd etdi.

Daha çox göstər
Back to top button