Ekonomika

Tsaxi Hanegbi əmindir ki, İT sektorunda ER və İsrail arasında əməkdaşlığın gələcəyi var

ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vahan Martirosyan 3 günlük rəsmi səfəri ilə Ermənistana gələn İsrailin Regional Əməkdaşlıq naziri Tsaxer Hanegbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir həmkarının Ermənistana səfərinə əhəmiyyət verərək ümid edib ki, bu səfər Eremənistan-İsrail arasında nəqliyyat, telekommunikasiya və İT sektorlarında əməkdaşlığı dəərinləşdirəcək.

Tsaxi Hanegbi son vaxtlarda Ermənistan-İsrail birbaşa uçuşları iki ölkə arasında əməkdaşlığına töhfə verəcəyini qeyd edib. Nazir Vahan Martirosyan Ermənistan nəqliyyat sistemi və gözlənilən islahatlar geniş proqramını təqdim edib.

Vahan Martirosyan iki xalqın böyük intellektual potensialı nəzərdə alaraq  İT sektorunda iki ölkə arasında əməkdaşlığının perspektivli olduğunu hesab edir. O qeyd edib ki, Ermənistanda işləyən bir neçə texnologiya mərkəzləri İsrail İT şirkətləri ilə əməkdaşlığa hazırdırlar. Vahan Martirosyan Regional Əməkdaşlıq nazirini və İsrail İT şirkətlərini payızda Yerevanda  keçirilən “Digitec Expo” texnologiya sərgisinə dəvət etdi.

Tsaxi Hanegbi də İT sektorunun inkişaf prespektivlərinə əhəmiyyət verərək qeyd edib ki, bu sahədə iki ölkə arasında əməkdaşlığın gələcəyi vardır.

Nazir vahan Martirosyan Tsaxi Hanegbiyə Ermənistanda telekommunikasiya sektorunun inkişafı istiqamətlərini, operatorlar tərəfindən cəlb olunan yeni texnologiyaları təqdim edərək qeyd edib ki, onlar artıq İsrail avadanlıqlarından da istifadə edirlər.

Kiber təhlükəsizliyi kontekstində nazirlər iki ölkədə bu sektorun məsul qurumların fəaliyyətlərinə və təhlükəsizliyinə yönəlmiş tədbirlərə toxunublar.

Daha çox göstər
Back to top button