İctimaiyyət

Azərbaycandan gedənlər gələnlərdən çoxdur

Son 27 ildə Azərbaycana gələnlər, ölkədən gedən şəxslərdən azdır.

Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, 1990-cı ildə Azərbaycana daimi yaşamaqdan ötrü 84,3 min nəfər gəlib, 137,9 min nəfər isə ölkəni tərk edib.

1991-ci ildə də gedənlərin nisbəti gələnlərlə müqayisədə çox olub – 66,3 min nəfər gəlib, 106 min nəfər gedib.

Statistik göstəricidə 1992-94-cü illərdəki miqrasiya prosesi barədə məlumat verilmir.

Bütünlükdə isə son 27 ildə ölkəyə daimi yaşamağa 283,6 min nəfər gəlib. Bu müddətdə daimi yaşamaq məqsədi ilə ölkədən gedənlərin sayı isə 453,8 min nəfərolub.

Daha çox göstər
Back to top button