Siyasət

İsrailli nazir Ermənistan-İsrail əlaqələrinin inkişafında heç bir maneə görmür

Ermənistan və İsrailin su resurslarının idarəetmə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün böyük potensiyalı var. Bu barədə iyulun 25-dən Ermənistanda rəsmi səfərində olan İsrailin regional əməkdaşlıq üzrə naziri Tsaxi Hanegbi “Aremenpress”-in suallarına cavab verirkən bildirib.

“İsrail su resurslarını idarəetməsində dünyaının birincisidir və resursların düzgün idarəsi üçün böyük təcrübəyə malikdir və bu təcrübə Ermənistana da lazımn olar. Kənd təsərrüfatı haqda da nazir ilə müzakirələr apardıq və ümid edirəm ki, nəticələr yaxın zamanda aydın olacaq”,-Tsaxi Hanegbi deyir.

İsrail naziri əmindir ki, iki ölkə əlaqələri inkişaf yolundadır və heç bir maneə yoxdur. Sadəcə iki tərəf də müxtəlif layihələr barədə əçəkdaşlıq üçün aktiv olmalıdır.

İsraildəki erməni icmasına toxunaraq nazir məmnuniyyətlə qeyd edib ki, ermənilər İsarildə özlərini çox yaxşı hiss edirlər.

“Çox şadam ki, İsraildəki ermənilər özlərini bir ailənin hissəsi kimi hiss edirlər”.

O qeyd edib ki, İsrailin Ermənistandakı səfirinin Ermənistanda oturmamasından çox təəccüb oldu. “Bu elə bir şeydir ki, dəyişməlidir”,-deyə nazir yekunləşdirdi.

Daha çox göstər
Back to top button