Şavarş Koçaryan: “İsrail hər hansı ölkəyə, biz də daxil olmaqla silah satmağa hazırdır”

Ermənistan Respublikasının xarici işlər nazir müavini Şavarş Koçaryam Hökumət iclasından sonra jurnalistlərə müsahibəsində İsaril Dövlətinin regioanl əməkdaşlıq nazirinin Ermənistana səfərinə toxunub.
O, qeyd etdi ki, müvafiq razılaşmalar imzalanıb, yalnız diplomatik əlaqələrinin qurlumasının 25-ci ildönümü deyil, o ölkənin milli bayramı da qeyd edilib.
“Ümumiyyətlə, Ermənistan və İsrail xalqları arasında bənzəliklər var və əlbəttə çəttin məsələlər də var. Bu iki ölkənin bir-birindən təcrid olmadığı üçün dialoqlar aparılmalıdır. Bu istiqamətdə addımlar atılır.
İranın reaksiyasına gəlincə , xarici işlər naziri müavini qeyd etdi:
“Münasibətlər qurmaq zamanı biz hamişə öz maraqlarımızla addım atırıq.
Şavarş Koçacryan İsrailin Azərtbaycana silah satmasına toxunaraq, qeyd etdi ki, İsrail mövqəyi çox aydın və şəffaf şəkildə bildirib.
“İsrail hər hansı ölkəyə, biz də daxil olmaqla silah satmağa hazırdır. Bu qiymət təkliflərindən və digər məsələlərdən asılıdır”- deyə o qeyd etdi.
İsraillə hərbi əməkdaşlığa gəlincə, o, qeyd etdi ki, silahın satışı bir şeydir, hərbi əməkdaşlıq isə başqa bir şey. Şavarş Koçaryan xatırlatdı ki, Ermənistan KİTMT-nin üzvüdür.