Siyasət

Avropa tərəfindən Artsaxın tanınması üçün biz aktiv şəkildə işləyirik.Şahnur Minasyan

Avropanın Artsaxı tanıması üçün aktiv şəkildə işlər aparırıq. Bu barədə “Armenpress”-in müxbirinə müsahibədə Belçikadakı erməni təşkilatlarının ümumi koordinatoru, Erməni xeyriyyəçi birliyinin Avropadakı qurumunun nümayəndəsi Şahnur Minasyan deyib.

Təşəbbüsün hazırlıq işləri fevral ayından başlanmışdı. Avropa təşkilatlarına göndəriləcək məktublar hazırladıq. Aİ və Avropa humanitar təşkilatlarını Artsax xalqını da cəlb etməyə çağıraraq iyulun 7-dən imzatoplanışı, mətbuat konfransı və ictimai müzakirə keçirilib.

“Elə istəyirik ki, Artsaxı sadəcə müharibə zonası kimi bilməməsinlər. Avropa Artsax xalqını yaradıcı xalq kimi tanımalıdır, Artsxaı bir dövlət kimi tanımalıdır. Artsaxa gələn gedən çox turistlər var,-deyə Minasyan əlavə edib ki, başlanmış imzatoplanışına artıq iki mindən çox avropalı qatılıb. Onlardan təxminən 60-ı məşhur siyasi və ictimai şəxslərdir. Biz, Artsax məsələsi ilə məşğul olan bütün təşkilatlara göndəriləcək məktubları hazırladıq.

Artsaxın Avropa təşkilatlarına cəlb olunması haqda danışanda Minasyan qeyd edib ki, “Ən önəmlisi Aİ Artsax Respublikasının dinc insanlarının həyat səviyyəsinin yüksəltməsinə, insan hüquqları və demokratik dəyərlərinin inkişafına və eləcə də regionda sülh və təhlükəsizliyin təmin olunmasına yardım edəcək”.

Daha çox göstər
Back to top button