Siyasət

Azərbaycan və Rusiya yenə sərhədlərin demarkasiya məsələsini müzakirə edəcək

Azərbaycan və Rusiya 2017-ci ildə sərhədlərin demarkasiyası üzrə danışıqlar çərçivəsində ikinci görüşü keçirməyi planlaşdırır.

Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın beşinci iclasının payızda Moskvada keçirilməsi planlaşdırılıb.

Azərbaycanın nümayəndə heyətini bu görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfi isə bu ölkənin XİN-in baş müşaviri Vadim Postonov təmsil edəcək.

Daha çox göstər
Back to top button