İctimaiyyət

Deputat: ‘İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb’

Millət vəkili Vahid Əhmədov deyir ki, səbəb sadədir. Bank sektorunda islahatlar başlayandan bəri vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, əksinə artıb: 1.7 milyard manata çatıb.

Yerli mediada iyulun 26-da “Bank Standart” kredit götürən, lakin bu krediti qaytarmadığı üçün bəzi adamların həbs olunması haqda xəbər yayıldı.

Bundan başqa Maliyyə nazirliyi Beynəlxalq Bankın kreditləri ilə bağlı 50 hüquqi şəxs, 5 fiziki şəxs haqda işi yekunlaşdırıb və Daxili işlər nazirliyinə göndərib. Nazirlik 2001-2015-ci illərdə götürülmüş kreditləri araşdırıb. Həmin ərəfədə Beynəlxalq bankın səhmlərinin 51 faizi dövlətə – Maliyyə nazirliyinə məxsus idi.

Bəs, inzibati üsullarla, bank sektorunu xilas etmək mümkün olacaqmı?

Maliyyə Bazarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı məzuniyyətdə olduğundan sualımızı cavablaya bilməyəcəyini bildirdi.

Millət vəkili Vahid Əhmədovsa deyir ki, bank sektorunda qanun pozuntularının uzun siyahısını sadalayır:

 “1.7 milyard manata yaxın vaxtı keçmiş kreditlər var. “Şapka” götürməklə və digər qeyri-qanuni yollarla yüksək məbləğdə girovsuz kreditlər veriblər. Yəni, bank sistemində çox böyük çatışmazlıqlar var. Ona görə də bu yoxlamalar gücləndirilib. Prokurorluq, Daxili İşlər orqanları da bu işlə məşğul olmalıdırlar”.
Daha çox göstər
Back to top button