İdman

Ermənistanın sənaye sektorunda 12.4% artım olub

Ermənistanın sənayə sektoru üçün 2017-ci ilin birinci qismi olduqca səmərəli bir dövr idi. Bu barədə “Armenpress” ilə söhbətində ER İqtisadi İnkişaf və İnvestisiya Nazirliyinin iqtisadi siyasəti üzrə idarəsinin rəisi Armen Yeganyan bildirib.

“Bu istiqamətdə olduqca ciddi artım dinamikası vardır. İlin əvvəllərindən sənayədə ikirəqəmli artım təmin etdik. Altı ayın göstəricilərinə görə, sənayə sahəsində 12.4%, dağ-mədən sənayesi sahəsində 12.5%, emal sənayesində isə, 20% artım qeyd olunub”,-deyə Arem Yeganyan bildirib.

Emal sənayesinin bütün sektorlarında 5 ay göstəricilərinə görə, artım qeyd olunub (qida istehsalında 12.7%, içki isehsalında 23.4%, tütün istehsalında 21.6%, tekstil məhsullarında 24.6%, geyim istehsalında 11.3%).

Onun sözlərinə görə, bu il biznes öz ixrac istiqamətlərini diversifikasiya etnməyə başlayıb. Xüsusilə Rusiyaya, MDB digər ölkələri istiqamətlərində işləyən şirkətlər Avropa ölkələrinə də mal ixrac edirlkər. Bu gün ixracat üçün ənənvi istiqamətlərinə yeni istiqamətlər əlavə olunur. Xüsusilə, biznes üçün diqqət mərkəzində Ərab ölkələri, Əmirliklər, Çin və İrandır.

Daha çox göstər
Back to top button