Təhlil

F.Mustafa: ‘Bu, Azərbaycanın maraqlarına təhlükə yaradır’

«Rusiyanın Ermənistanla birgə hərbi qoşun yaradılması haqda sazişi ratifikasiya etməsi birbaşa Azərbaycana qarşı məsələdir».

Deputat Fazil Mustafa Rusiyanın Ermənistanla birgə qoşun birləşmələri yaratmasına dair sazişi Vladimir Putin-in ratifikasiya etməsini belə dəyərləndirib.

F.Mustafa deyib ki, bu, artıq Azərbaycanın maraqlarına təhlükəli qərardır.

Deputat vurğulayıb ki, bu addım həm də Ermənistanın işğalçılıq hərəkətlərinə qarşı hər hansı hərəkət olduqda, Rusiyanın onun adından danışacağı deməkdir:

«Əslinə qalsa, bu sazişin ratifikasiya olunması ilə Ermənistan müstəqil dövlət olmaq mahiyyətini itirib», – deyə F.Mustafa bildirib.

 

Azadliq.org

Daha çox göstər
Back to top button