İctimaiyyətİdman

Nazirlik İdmançıların pul mükafatlarını mənimsəyibmiş

Güləşçilərimiz Dünya çempionatını boykot edəcəklər.

Bunu Azadliq.info yazır.

Azərbaycan hökuməti Rio olimpiadasında qalib gələn idmançılara pul mükafatı verəcəyini vəd etmişdi. Söhbət babat məbləğdən gedirdi. Olimpiadaya yola düşən idmançıları İlham Əliyev qəbul etmişdi, Azərbaycanın saz bir idman ölkəsi olduğu barədə uzun çıxış etmişdi və qaliblərə yüksək pul mükafatı da verəcəyini elan etmişdi.

İdmançılara söz verilən mükafat elə söz olaraq oralarda qalıb. Bir ay sonra isə Dünya Çempionatı başlanır. Sərbəst güləş və Yunan-Roma güləşi üzrə idmançılarımız isə Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşır.

İdmançılar bu yarışlara hazır olmadıqlarını deyirlər. Səbəb ? Onlar 12 aydır maaş almırlar. Yemək verilmir, həkimlər, masajçılar yoxdur. Dünya Çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir. Bu məsələ ilə əlaqədar güləşçilərin mətbuat konfransı sabah 13:00-da “Excelsior” oteldə olacaq.

Milli komandanın idmançıları “Rio 2016” yay olimpiya oyunları zamanı qazandıqları pul mükafatlarını da indiyədək almadıqlarını söyləyirlər.

Daha çox göstər
Back to top button