Siyasət

Vitali Balasanyan: “ Hətta hakimiyyət Mehribanla əvəz olunarsa baxarsınız düşmənçilik cüziləşəcək”

“Haçansa qarabağlı və azərbaycanlı xalqlar bu dərəcədə düşmən olmamışlar. İndi biz haradasa deyə bilərik ki, burada bizim günah payımız da olub.Biz icazə vermişik ki, Azərbaycan hakimiyyəti öz xalqını zəhərləsin.

Onlar zəhərləyib biz də demişik ki, onlar bizim düşmənlərimizdir. Onların hamısına bizim düşmənlərdir demək olmaz.Hər bir kəsin öz yoldaşları, həmkarı, kirvələri olub.Demək olmaz axı onların hamısı bizxim düşmənlərdir , onlar bizim rəqiblərimizdir”.

Bu haqda “Aravot”a verdiyi müsahibəsində Artsax qəhramanı, DQR Milli təhlükəsizlik şurasının katibi Vitali Balasanyan bəyan edib.

“ İndi sabah əgər Əliyev hakimiyyəti Azərbaycanda dəyişilərsə və məsələn əgər Mehribanla əvəz olunarsa yaxud bir başqasıyla, görəcəksiniz, düşmənçilik cüziləşəcək.
Həmin düşmənçiliyi məhv etmək lazımdır.”

Demokratik diplomatiya” təmasları Gürcüstanla yaxud Rusiyayla, və ya Qarabağla olacaqsa fərqi yoxdur onlar gərək olsun.Həmin zəhər gərək çıxarılsın və bu iş aparılmalıdır.
Hər məsələ pulla həll olunmur.

Düşmənçiliyi düşmənçiliklə bağlamaq olmaz .Başqa forma lazımdır beləı ki, bu düşmənçiliyi ləğv etmək lazımdır.Əliyev öz düşmənçiliyini aqressiv düşmənçilik vasitəsiylə saxlayır.Özü aqressivdir.

Aqressivi isə cəzalandırmaq lazımdır.Bütün xalq aqressiv ruhlu deyil..Əliyevin əlində necə deyərlər oda düşməyiblər, həmin xalqla işlər aparılmalıdır. Azərbaycanda olduqca ağır vəziyyətdə yaşayan xalq var.

Daha çox göstər
Back to top button