Avropa İnvestisiya Bankının sədr müavini Ermənistanla hərtərəfli əməkdaşlığa əhəmiyyət verib

ER Maliyyə naziri Vardan Aramyan Avropa İnvestisiya Bankının sədr müavini Vazil Hudak ilə görüşüb.
Maliyyə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı nazir Aramyan AİB ilə hazırkı əməkdaşlığına toxunaraq neregetik, nəqliyyat, su təchizatı, bərk tullantıların idarə olunması sahələrində AİB tərəfindən göstərilən dəstəklərə əhəmiyyət verib və əməkdaşlığın daha da genişləndirməsi və derinləşdirməsi ilə bağlı hazır olduğunu qeyd edib. Nazir Ermənistanın hazırkı iqtisadi vəziyyəti və inkişaf prespektivlərini, ER hökuməti tərəfindən iqtisadi inkişafına yönəlmiş addımlarını da təqdim edib.
AİB sədr müavini Ermənistanla çoxtərəfli əməkdaşlığa əhəmiyyət verib. Vazil Hudak qeyd edib ki, əməkdaşlıqla bağlı yeni layihələri, o cümlədən Ermənistanda özəl tərəfdaşlığın inkişafına dəstək vermə imkanlarını da müzakirə edəcəklər.