İctimaiyyət

Azərbaycanda ağır narkotiklərdən istifadə edən narkomanların sayı 300 minə yaxındır

“Rəsmi statistikaya görə, Azərbaycanda ağır narkotiklərdən istifadə edən 20-22 min narkoman var, amma ümimuyyətlə onların sayı 300 minə yaxındır. Elə bir ailə, nəsil yoxdur ki, narkotik vasitə ona toxunmasın”. Bunu “Sputnik-Azərbaycan”a açıqlamasında Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda beş növ narkotik vasitə var: “Heroin əsasən Əfqanıstandan İrana, İrandan Azərbaycana, Azərbaycandan isə Avropaya daşınır. Əfqanıstanda onun istehsalından 3 milyard dollar xeyir götürürlər, Avropaya çatanda isə onun qiyməti 32 milyard dollar olur. Bu, böyük bir dövlətin 4-5 illik büdcəsinə bərabərdir”.

“Əfqanıstanda heroinin 1 kiloqramı altı dollara başa gəlir, Azərbaycana çatanda isə onun dəyəri 100 min dolara, 1 qramı – 100 dollara başa gəlir. Bunu beş yerə bölüb dozasını camaata paylayırlar, narkomanlar da bundan istifadə edir”, — deyə Arzu Nağıyev bildirib.

Daha çox göstər
Back to top button