Siyasət

Gürcüstanda NATO təlimləri Azərbaycansız başlanıb

Gürcüstanda NATO təlimləri başlanıblar. Təlimlərə Britaniya, Almaniya, Türkiyə, Ukrayna, Sloveniya və Ermənistan hərbçiləri də qatılıb.

Azərbaycan tərəfi isə, dəvətli olduğuna baxmayaraq təlimlərdə iştirak etməyib.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili və digər liderlər iyulun 30-da bildiriblər ki, bu tədbir onların NATO-ya qoşulması məqsədinə doğru vacib addımdır.

«Bu təlimlər Gürcüstana NATO standartlarına yaxınlaşmağa, bütün regionda sabitliyi gücləndirməyə kömək edəcək», – Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasındakı açılış mərasimində Kvirikashvili deyib.

Azərbaycan KİV-lərinə görə, Azərbaycanın təlimlərə qatılmaması səbəbləri məlum deyil və bu barədə nə MN, nə də XİN-dən məlumat almaq mümkün olmayıb.

Azərbaycan Ruminyada da keçirilən NATO təlimlərində iştirak etməmişdi.

Daha çox göstər
Back to top button