Ekonomika

Benzin qiymətlərinin bahalaşması hər şeyin qiymətinə təsir edir…

İyulun 14-də dövlət ən çox tələbat olan, 92 benzinin bir litrinin qiymətini 20 qəpik artırdıqda, növbəti gün Tarif Şurasından qəribə bəyanat səsləndi ki, nəqliyyat, ərzaq və s.-nin qiymətləri bahalaşmayacaq, belə ki, daşıyıcılar maşınları solyarka və ya qazla doldururlar və s. Amma Azərbaycanda benzin 30% bahalaşdıqdan sonra qiymətlər hökuməti dinləmədən orta hesabla 10-20% yüksəldi.

Kinoteatr və dəmir yolu nəqliyyatı biletlərinin qiyməti bahalaşıb, baxmayaraq ki, kinonun və qatarın Aİ-92 benzini ilə birbaşa əlaqəsi yoxdur. Rayonlarda avtobuslarda gediş haqqı bahalaşıb. Motoru solyarka ilə işləyən Qax-İlisu avtobusunun salonunda sürücülər elan asıblar: gediş haqqı 40 deyil, 50 qəpikdir. Naxçıvanda avtobuslarda gediş haqqı 50% bahalaşıb, bu barədə Turan-a NMR-dəki mənbə bildirib.

1 kq pomidorun qiyməti birdən-birə 1,50 manata çatıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bunu parnik pomidorları ilə ənənəvi pomidorların yetişmə zamanı arasındakı fərqlə izah edib, səbəblər arasında benzinin bahalaşmasını da qeyd edib.

Digər kənd təsərrüfatı məhsullarının bazar qiyməti benzin qiymətlərinin artması ilə əlaqədar qalxıb və eyni zamanda düşüb, belə ki, yayın ikinci yarısında və payızda Azərbaycanda meyvə və tərəvəzlər yetişir.

Ət qiymətlərinin kəskin bahalaşması əhaliyə xüsusilə ağır zərbə vurub. Şəhərlərdə qoyun əti 12 manat, mal əti 11 manat olub.

Suvarma məhdudiyyətləri ilə bağlı bir kub preslənmiş yonca 5-6 manatdır, bir halda ki, ötən il və iniş il 60 qəpikdən də ucuz satılırdı. Bu, ətin kəskin ucuzlaşmasına gətirib çıxara bilər, belə ki, fermerlər yemləyə bilmədikləri mal-qaranı təcili olaraq əldən çıxaracaqlar. Bir dəfə artıq belə olmuşdu. Ət sonuncu dəfə bahalaşmazdan əvvəl kəskin ucuzlaşmışdı, mal ətinin bir kiloqramı 7-7,50 manat idi, belə ki, kəndlilər yemləyə və otlada bilmədikləri mal-qaradan məcburi olaraq qurtulurdular. Amma iri və kiçik buynuzlu mal-qara kütləvi şəkildə tələf edildikdən sonra ət qiymətləri sürətlə bahalaşdı. Gələn il pambıq plantasiyaları genişlənərsə, bir il sonra ət respublikamızın sakinləri üçün bahalı və əlçatmaz delikatesə çevriləcək, bir kiloqram təzə ət ən az 18-20 manat olacaq. Hökumət məcburi olaraq idxal, ucuz ət bazarı açacaq ki, bu da qoyunçuluğu, süd sənayesini tamamilə məhv edəcək və heyvan dərisi, yunu və s. ixracını sıfıra endirəcək, Qafqaz Ömərov belə hesab edir.

Benzinin bahalaşmasının ətin qiymətinin dəyişməsinə birbaşa təsiri yoxdur, amma bilavasitə təsiri var, belə ki, fermerlər mal-qara və yem daşıyan yük maşınlarının sürücülərinə pul ödəyirlər.

Daha çox göstər
Back to top button