Siyasət

ER Prezidenti. İran ilə iqtisadi əlaqələrimizin inkişafı prioritetlərimizdəndir

Bir çox hallarda Ermənistan-İran birgə iqtisadi proqramları çox daha rəqabətli ola bilərlər. Bu barədə ER Prezidenti Serj Sarkisyan İranın “Şərq” qəzetinə verdiyi müsahibədə bildirib.

Ermənistan-İran iqtisadi əlaqələrinin genişlənməsi və iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırması üçün gündəmdə xüsusi layihə olub olmamasına dair sualına Prezident deyib ki, Ermənistan-İran hökumətlərarası komitəsinin fəaliyyəti məhz bu məqsədilə işləyir.

“ İran İslam Respublikası ilə iqtisadi əlaqələrinin inkişafı prioritetlərimizdəndir. Ermənistan-İran hökumətlərarası komitəsinin göstərdiyi fəaliyyət Ermənistan-İran iqtisadi əməkdaşlığı və ticarət dövriyyəsinin həcminin artmasına yönəlmişdir.

Syunikin azat iqtisadi zonasının tətbiqi erməni və iranlı iş adamlarının və dövlətlərarası əməkdaşlığın güçlənməsi üçün önəmli komponentdir. Ermənistan öz imkanları ilə iranlı iş adamlarına hərtərəfli dəstək verməyə hazırdır və qeyd etdiyim kimi İran Ermənistanla digər bazarlarına da çıxa bilər”,-deyə Prezident qeyd edib.

Daha çox göstər
Back to top button