Beynəlxalq

Ermənistan nümayəndəsi yenidən “Avropanın Demokrat Tələbələri” İnsan Hüquqları Komissiyasının sədri seçilib

Bolqarıstanın Varna şəhərində iyulun 25-dən 30-dək “Avropanın Demokrat Tələbələri”-nin (EDS) illik toplantısı keçirilib. Bu il toplantının adı “Avropanın gələcək liderləri” idi. ERP Gənclər təşkilatını təmsil edən Anna Ohanyan yenidən “Avropanın Demokrat Tələbələri” İnsan Hüquqları Komissiyasının sədri seçilib.

“Armenpress”-ə müsahibəsində Anna Ohanyan qeyd edib ki, komissiyada insan hüquqları sahəsində təşkilatın siyasətini hazırlayır. Avropa Demokrat Partiyasnın hənclər təşkilatının qətnaməsində və siyasətində Ermənistanın yanaşmalarını əks etmək üçün geniş imkanlar var. “Keçən il münaqişə zonalarında tələbələrin hüquqlarını müdafiə etməsi ilə bağlı qətnamə təqdim etdik və bu qətnamə oktyabrda yekdilliklə qəbul edildi. Təqdim etdiyimiz digər qətnamə isə, bloqqer Lapşinin hüquqlarının pozulmasına dair idi”,-deyə o vurğulayıb.

Anna Ohanyanın sözlərinə görə, “Avropanın Demokrat Tələbələri” İnsan Hüquqlarının daimi Komissiyası tərəfindən təklif olunmuş ən yaxşı qətnamə ADP-da müzakirə olunur. “Bu il insan hüquqları sahəsinə bizim üçün önəmli məsələləri ilə bağlı daha çox tələbələri cəlb edəcəyik”,-deyə Anna Ohanyan əlavə edib.

Daha çox göstər
Back to top button