Ekonomika

Ermənistanın xarici ticarət dövrəyyisi 24 faiz artıb

Ermənistan Respublikasının xarici ticarət dövriyyəsi 2017-ci ilin yanvar-iyun aylarında 2 milyard 815 milyon 48.2 min  dollar təşkil edib.

Ermənistan Respublikasının Milli Statistika Xidmətinin məlumatına görə, artım tempi  2016-ci ilin eyni analoji dövrü ilə müqayisədə 24 faiz təşkil edib.

Ümumi həcmidən 821 milyon 994.4 min dollar MDB ölkələrinə düşür, artım tempi 21.7 fazi təşkil edib. Xüsusən, 737 milyon 539.7 min dollar Rusiyanın payına, 54 milyon 944.4 min isə Ukraynanın payına düşür.

Avropa Birliyi ilə Ermənistanın ticarət dövriyyəsi 677 milyon 100.8 min dollar təşkil edib, artım tempi 18 faizdir. Ümumi  hacminin  150 milyon 123.1 min dolları Almanyanın payına düşür, sonra isə Bolqaristan, Belçika və İspaniyadır.

Qonşu ölkələrdən  İranla ticarət dövriyyəsi 114 milyon 411.1 min dollar,  Gürcüstan ilə 115 milyon 718.5 min dollartəşkil edib.  Türkiyə ilə ticarət dövriyyəsinin həcmi  104 milyon 664.5 dollar təşkil edib.

Daha çox göstər
Back to top button