Xarici investisiyalara qarşı açıq siyasətimiz var. Serj Sargsyan

Xarici investisiyalara qarşı açıq siyasətimiz var. Bu barədə ER Prezidenti Serj Sarkisyan İranın “Şərq” qəzetinə müsahibəsində bildirib.
“Ölkəmiz Ümumdünya Ticarət Təşkilatının üzvüdür və beləliklə biz xarici və yerli təşkilatları ayırmırıq. Ermənistanın sənaye inkişaf siyasəti vardır və bunun çərçivəsində qonşu ölkələrlə xüsusilə də İranlı iş adamları ilə əməkdaşlığımızı genişlənmək istəyirik. Qeyd etdiyim kimi, böyük ümidlərimiz vardır ki, Ermənistan-İran sərhədində yeradılan azat iqtisadi zonası çərçivəsində Ermənistan-İran iqtisadi əməkdaşlığı da inkişaf olunacaq”,-deyə Prezident vurğulayıb.
Onun sözlərinə görə, İrana qarşı sanksiyaların qaldırılması nəticəsində bank əməkdaşlığı sahəsində də müsbət dəyişmə vardır və bu bank sahəsində əməkdaşlığımızı inkişaf etdirməsinə müsbət təsir edəcək. “düşünürəm ki, gələcəkdə bu istiqamətdə əməkdaşlığın artmasına şahid olacağıq”.