Təhlil

Azərbaycanın “Silk Way” aviyaşirkəti diplomatiya pərdəsi altında bir çox istiqamətlərə silah daşıyır

“Anonymous” hacker qrupu tərəfindən aşkar olunmuş sənədlərdən məlum olub ki, Azərbaycanın “Silk Way” aviyaşirkəti diplomatiya pərdəsi altındab bir çox istiqamətlərə silah daşıyır. Bu barədə «Международного французского радио» yazır.

Mənbəyə görə, iyulun əvvəllərində Anonymus Bulgaria qrupu tərəfindən Azərbaycanın Bolqarıstan paytaxtdakı səfirliyinin saytını qırdıqdan sonra bir neçə sənəd ortaya çıxıb.

Azərbaycan və tərəfdaş ölkələrui tərəfindən imzalanmış sənədlərdə 2015-2017-ci illərdə “Silk Way Airlines” tərəfindən həyata keçirilmiş uçuşlar haqdadırlar.

Qeyd olunur ki, bu uçuşlardan istifadə edənlərdən biri amerikalılardır. Səudiyyə Ərəbistanın adı da bu sənədlərdə yer alıb. “Silk Way Airlines” diplomatiya pərdəsi altında Konqo və Cənubi Afrika Respublikasına silah daşıyırdı.

Bu daşımaların istiqamətləri isə, Pakistan, Əfqanıstan, Burkina Faso, Səudiyyə Ərəbistanı, İraq, İsrail və Türkiyə idi. Daşımalarla ağır artilleriya (tank əleyhinə artilleriya, minaatan, partlayıcı, zirehli nəqliyyat vasitələri), kiçik silah (tapança, hücum tüfəng) və sursat aparılırdı.

Məlumata görə, Azərbaycana da silah götürülmüşdü, lakin münaqişədə olduğu üçün oraya silahın götürülməsi qadağan edilmişdi.

Beləliklə də, “Silk Way” aviyaşirkəti kommersiya məqsədi ilə bir çox istiqamətlərə silah çatdırırdı.

Daha çox göstər
Back to top button