Ekonomika

“Xəzər-Lada” şirkətində avtomobil satışı 41,3% azalıb

2016-cı ildə “Xəzər-Lada” ASC-nin Rusiya istehsalı avtomobil satışından gəlirləri 15 mln manat təşkil edib və ötən ilə nisbətən 41,3% azalıb. Amma satışın maya dəyəri gəlirdən 8 min manat çox olub, deyə şirkətin illik hesabatında bildirilir.

“Xəzər-Lada” ASC digər əməliyyat gəlirləri hesabına 788 min manat mənfəət əldə edib. Əməliyyat və başqa xərclər nəzərə alınmaqla şirkətin illik mənfəəti 2015-ci ildəki qədər – 500 min manat olub.

Daha çox göstər
Back to top button