İctimaiyyət
Son günlərdə Tavuşda yaralanan hərbi qulluqçularımızın vəziyyəti normaldır

İyulun 29-da və avqustun 1-də Tavuşda rəqibin açdığı atəş nəticəsində yaralanan iki hərbi qulluqçumuzun sağlıamlıq vəziyyəti normaldır. Bu haqda “Araratnews.am”-a müsahibəsində Müdafiə Nazirliyin mətbuat katibi Artsrun Hovhannisyan bildirib.
İyulun 29-də yaralanan 41 yaşlı Artur Mayranyana Berd xəstəxanasında ilk tibbi yardım göstərib və əməliyyata qaldırıblar, avqustun 1-də isə yaralanan Armen Nazluxanyan da əməliyyata qaldırılıb.
Yeni əməliyyatların ehtiyacı ilə bağlı suallına gəlincə, Artsrun Hovhannisyan qeyd etdi ki, bunu hələ deyə bilmir, zaman göstərəcək.
Xatırladaq ki, iki hərbi qulluqçumuz rəqibin açdığı atəş nəticəsində yaralanıblar. Artur Mayranyan Tavuşda, Armen Nazluxanyan isə İcevanda yaralanıb.