Azərbaycan 2017-ci ilin fevralında dövlət qızıl ehtiyatlarının qalan 18 tonnaını satıb

Ümumdnya qızıl şurası avqustun 1-də dünya ölkələrinin qızıl ehtiyatlarına dair statistikanın növbəti hesabatını dərc edib.
Bu haqda azadliq.info informasiya agentliyi məlumatlandırıb.
Azərbaycan həmin hesabatın qlobal nüfuz cədvəlində ümumiyyətlə yer tapmayıb.
Azərbaycan 2017-ci ilin yanvarında 18 tonna qızıl ehtiyatı olub və Ümumdünya Qızıl şurasının qlobal nüfuz cədvəlində 63-cü yeri tutub. Ümumdünya Qızıl şurasının hesabatına görə Azərbaycanın dövlət qızıl ehtiyatları 2016-cı ilin sentyabr ayından başlayaraq satmışdır.
2016-cı ilin sentyabrında Azərbaycanın dövlət qızıl ehtiyatlarından 1 tonna, oktyabrda 4,2 tonna, noyabrda 3 tonna, dekabr ayında 18 tonna satmışdır
Beləliklə Azərbaycan dövlət qızıl ehtiyatlarından 2016-2017-ci illərdə, ayrılıqda altı aylar ərzində bütün dövlət qızıl ehtiyatlarını satmışdır.