Ermənistan xarici siyasətinin iqtisadi komponentini artırır

Ermənistan Respublikasının Hökuməti xarici siyasətinin iqtisadi kompenentinin inkişafi məqsədiylə hədəf ölkələrin siyahısı, xarici ölkələrdə Ermənistan Respublikasının diplomatik nümayəndəliklərinin iqtisadi fəaliyyətinin qiymətləndirilmə normalarını təsdiq etdi.
Ermənistan Respublikasının xarici işlər nazir müavini Şavarş Koçaryan qeyd etdi ki, Ermənistan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən həyata keçiriləcək iqtisadi hədəfləri təqdim edilib.
“Layihənin nəticəsində xarici iqtisadi siyasətinin səmərəliliyini artacaq, investisiyalar qoyulması, ixrac və turizmin inkaşafında səfirliklərin və diplomatik nümayəndəliklərinin fəaliyyətləri də gənişləndiriləcək”- deyə Koçaryan qeyd etdi.
Ermənistan Respublikasının baş naziri Karen Karapetyan qeyd etdi ki, iqtisadi komponenti səfirlərin, diplomatik korpusunun hesabatında qeyd ediləcək. “İlin sonunda bütün hesabatları eşitəcəyik”- deyə baş nazir bildirib.
Rusiya, ABŞ, Çin, İran, Gürcüstan, BƏƏ, Fransa, Almaniya, İtaliya,Kanada, Livan, Benilüks ölkələri ( Belçika, Niderland, Lüksemburq) iqtisadi normalar əsasında seçilmiş hədəf ölkələr siyahısına cəlb olunublar.