İctimaiyyət
Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim olunub

Blogger Aleksandr Lapşinin İsrailə ekstradisiya olunmaq üçün yazdığı ərizəsi Azərbaycan Ədliyyə Nazirliyinə təqdim edilib.
Bu barədə onun vəkili Eduard Çernin məlumat verib.
Vəkilin sözlərinə görə, A.Lapşinin İsrailə təhvil verilməsi ilə bağlı yazdığı ərizəsi hazırda saxlanıldığı Bakı İstintaq Təcridxananın rəisinə verilib: “Bu yaxınlarda müvəkkilimin ərizəsi Azərbaycan Ədliyyə Nazirliyinə təqdim edilib. Lakin bizə nazirlikdən hələ ki bununla bağlı cavab gəlməyib. Biz hazırda cavab gözləyirik.