Ekonomika

Nazir Vahan Martirosyan Dünya Bankının nümayəndələrini qəbul edib

ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vahan Martirosyan avqustun 3-də Özəl Sektorun İnkişafı üzrə mütəxəssis, işçi qrupunun sədri Hiroyuk Yuzakin başçılıq etdiyi Dünya Bankı nümayəndə heyətini qəbul edib. ER Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir qeyd edib ki, Dünya Bankı ilə yol tikinti sahəsində səmərəli işlər aparılıb. “Əhəmiyyətli yolların təkmilləşdirilməsi” adlı layihə çərçivəsində bir neçə önəmli  yol təkmilləşdirilib. Lakin nəqliyyat, rabitə və informasiya texnologiyaları sahələrində də əməkdaşlığı genişlənmək istəyirik.

Vahan Martirosyan yeni nəqliyyat sistemlərinin idarəetmə planlarını təqdim edərkən qeyd edib ki, onlarda yeni texnologiyaların rolu böyükdü. Hiroyuk Yuzaki əməkdaşlığın gələcək genişlənməsinə əhəmiyyət verərək qeyd edib ki, təqdim edilmiş fikirlər məqbuldur. Həyata keçirilən birgə işlərlə birlikdə yeni təklifləri Dünya Bankının gələcəklayihələrində də cəlb etmə istiqamətdə addımlar atılır.

Görüş zamanı telekommunikasiya və informasiya texnologiyaları sahələrinin inkişafına da toxunulub. Xüsusilə də Ermənistanda regional “Date center”-in yaradılma layihə çərçivəsində əməkdaşlıq imkanlarını da müzakirə olunub. Hiroyuki Yuzakinə mühəndislik sahəsindəki irəliləyiş və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olan “Mühəndislik şəhəri” layihəsi də təqdim edilib.

Daha çox göstər
Back to top button