Təhlil

V.Yevseyev: Azərbaycan yeni müharibəyə hazırlaşır

“Artsax Müdafiə naziri Levon Mnatsakanyan İctimai televiziyasının “Orakargits durs” proqramında bildirib ki, Azərbaycanın yeni hücum zamanı erməni ordusu da hücum əməliyyatlara başlayacaq və Azərbaycan tərəfinə sarsıdıcı zərbələr verəcək. MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri, hərbi ekspert Vladimir Yevseyev “Joğovurd”-ə müsahibədə deyib ki, erməni tərəfindən olan bu cür bəyanatların səbəbi müharibə ehtimalının artmasıdır.

“Bunun səbəbi Azərbaycan tərəfinin fəaliyyətləri və bəyanatlarıdır. Onlar yeni müharibəyə hazırlaşdır və bunun sübütü mayda baş verən hadisələr idi. Sərhəddə ağır hərbi texnikası tətbiq edilib və nəticədə erməni tərəfin itkiləri olub”,-deyə xarici hərbi ekspert qeyd edib.

Daha çox göstər
Back to top button