İctimaiyyət

Əfqan Muxtarlının yaxınlarını yenə görüşə buraxmayıblar

Penitensiar Xidmət həbsdəki jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşmək hüququnu pozmaqda davam edir. Bunu jurnalistin yaxın dostu Samir Əsədli bildirib. O deyib ki, jurnalistlə görüşməsi üçün Ə.Muxtarlının ailə üzvləri ona etibarnamə veriblər.

S.Əsədli qeyd edib ki, Ə.Muxtarlının saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliyi jurnalistin vəkillərinə bildirib ki, görüş üçün heç bir məhdudiyyət olmayacaq. “Bundan sonra biz bu gün görüş üçün təcridxanaya getdik. Bizi bir saatdan artıq gözlədəndən sonra rəis xəbər göndərdi ki, mən görüş üçün söz verməmişəm”,- S.Əsədli qeyd edib.

Öz növbəsində vəkil Elçin Sadıqov da deyib ki, dünən təcridxana rəhbərliyi vəkilə bildirib ki, görüş üçün maneçilik yaradılmayacaq.

Daha çox göstər
Back to top button